İspaniyanın “Barselona” komandasının futbolçusu Lamin Yamal UEFA Çempionlar Liqası tarixində 18 və daha aşağı yaş kateqoriyasına aid futbolçular arasında ən çox məhsuldar ötürmə edən oyunçu adına sahib olub.
Apasport.az xəbər verir ki, bu nailiyyət turnirin əsas mərhələsinin VI turunda Almaniyanın “Ayntraxt” komandası ilə keçirilən matçda qeydə alınıb.
Belə ki, Yamal ikinci qolun ötürməsini edib. Görüş katalonların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İspan futbolçunun aktivində hazırda 7 qol və 7 məhsuldar ötürmə var. Vinger bu nəticə ilə hazırda “Real Madrid”də çıxış edən Kilian Mbappenin rekordunu yeniləyib. Fransalı ulduz Çempionlar Liqasında “Monako” və PSJ formaları ilə ümumilikdə 10 qol və 3 ötürmə ilə yadda qalıb.
- İngiltərənin üç klubu Arda ilə maraqlanır
- Domeniko Tedesko: "Mən heç vaxt bu vəziyyətə görə ağlamaram"
- Türkiyə - Rumıniya matçının keçiriləcəyi stadion müəyyənləşib
- "Real" – "Mançester Siti" qarşılaşması bu kanalda
- Pereyra Avropanın diqqət mərkəzində: “Fənərbaxça” və “Qalatasaray” da mübarizəyə qoşuldu