"Latsio" 3 xalı son dəqiqədə qazandı
04.05.2026 - 22:36
"Latsio" 3 xalı son dəqiqədə qazandı

İtaliya A Seriyasında XXXV turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, turun son oyun günündə 2 qarşılaşma nəzərdə tutulub. 

İlk matçda aşağı liqaya düşmək və avrokuboklara vəsiqə uğrunda vacib oyun baş tutub. 

"Kremonese" doğma meydanda "Latsio"nu qəbul edib.

Qonaqlar son dəqiqədə vurduğu qolla çətin səfərdən 3 xalla qayıtmağı bacarıb: 3:1

Bu nəticədən sonra romalılar 51 xalla 8-ci pilləyə yüksəlib.

"Kremonese" isə 28 xalla 18-ci pillədə qalıb.

Xatırladaq ki, lider "İnter" dünən rəsmən çempionluğunu rəsmiləşdirib.