İtaliyanın "Leççe" klubunun və Zambiya millisinin hücumçusu Lamek Banda ilə bağlı qeyri-müəyyən vəziyyət yaranıb.
Apasport.az xəbər verir ki, 25 yaşlı futbolçu təxminən iki həftədir klubla əlaqə saxlamır və yay təlim-məşq toplanışına qoşulmayıb. İtaliya mətbuatının məlumatına görə, "Leççe" rəhbərliyi, komanda yoldaşları və hətta futbolçunun yaxın ətrafı onun harada olduğunu bilmirlər.
Banda əvvəlcə agentləri vasitəsilə pasport və digər bürokratik problemlərə görə İtaliyaya qayıda bilmədiyini bildirsə də, sonradan onunla əlaqə tamamilə kəsilib. Futbolçunun son görüntüsü iyulun 23-də Zambiyanın paytaxtı Lusakadakı hava limanında həyat yoldaşı ilə birlikdə çəkilən foto olub.
"Leççe" prezidenti Saverio Stikki Damiani futbolçunun davranışını tənqid edib: "Məqsədi nə olursa-olsun, seçdiyi yol ən pis variantdır". Klub rəhbərliyi isə Bandanın müqavilə öhdəliklərini pozması ilə bağlı intizam tədbirlərini nəzərdən keçirir.
Qeyd edək ki, Lamek Bandanın "Leççe" ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Futbolçu ötən mövsüm A Seriyasında 5 qol vurub və 4 məhsuldar ötürmə edib.