“Barselona”dan ayrılan Robert Levandovski karyerasını ABŞ-də davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, polşalı hücumçu meneceri Pini Zahavi ilə birlikdə “Çikaqo Fayr”la transfer danışıqları aparmaq üçün ABŞ-yə yollanır.
MLS təmsilçisi uzun müddətdir 37 yaşlı forvardın transferində maraqlıdır.
Daha əvvəl klubun baş məşqçisi Qreq Berhalter də Levandovskini heyətlərində görmək istədiklərini açıq şəkildə bildirmişdi.
Qeyd edək ki, Levandovskinin “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyununda başa çatıb.
Onun xidmətində “Çikaqo Fayr”la yanaşı, Səudiyyə Ərəbistanı klublarının da maraqlı olduğu bildirilir.
- Mourinyonun yerinə Marko Silva - “Benfika”da yeni baş məşqçi
- Ançelottidən təzyiq açıqlaması - “Aslanı pişik balası kimi görərsən”
- “Arsenal”dan yunan futbolçu üçün həmlə - Tələb 40 milyon avro
- Klopp DÇ oyununu bəyənmədi - “Yardım matçına oxşayırdı ”
- Kanada mundialda ilk xalını qazandı - 40 illik həsrət bitdi