Liqa 1-dən Bundesliqaya - RƏSMİ
18.06.2026 - 23:46
“Lion”un futbolçusu Afonso Moreyra karyerasını Almaniyada davam etdirəcək.
Apasport.az xəbər verir ki, portuqaliyalı vinger Afonso Moreyra “Bayer”ə transfer olunub.
Bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, Bundesliqa təmsilçisi 21 yaşlı futbolçu üçün qarşı tərəfə 29,5 milyon avro ödəyəcək.
Futbolçu ilə Leverkuzen təmsilçisi arasında 2031-ci ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, “Lion” Afonso Moreyranı ötən ilin yayında “Sportinq”dən 2 milyon avro qarşılığında transfer etmişdi.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0