Liqa 1: PSJ-dən darmadağın
22.04.2026 - 22:52
Liqa 1: PSJ-dən darmadağın

Fransa Liqa 1-də 26-cı turun təxirə salınmış oyunu keçirilib.

Apasport.az xəbər verir ki, günün yeganə matçında PSJ doğma meydanda "Nant"ı qəbul edib.

Görüş Paris təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb.

Kvaratsxeliyanın dublu, Duenin qoluyla aktivinə 3 xal yazdıran PSJ turnir cədvəlinin vahid lideridir.

Şəhərlilərin 29 oyuna 66 xalı var.