“Liverpul” “Barselona”nın müdafiəçisini icarəyə götürür
08.08.2026 - 13:52
“Liverpul” “Barselona”nın uruqvaylı müdafiəçisi Ronald Arauxonun transferini yekunlaşdırmağa yaxındır.
Apasport.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
İngiltərə klubu 26 yaşlı futbolçunu icarəyə götürəcək. Razılaşmada 55 milyon avroluq satınalma imkanı yer alacaq. Bu bəndin məcburi olmadığı bildirilir.
Qeyd edək ki, Arauxo ötən mövsüm La Liqada 24 oyun keçirib və 3 qol vurub.
0
0