“Liverpul” “Vulverhempton”un yarımmüdafiəçisi Joao Qomeslə maraqlanır.
Apasport.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.
Mersisayd təmsilçisi 25 yaşlı braziliyalını cari yay transfer pəncərəsində heyətinə qatmaq variantını nəzərdən keçirir. Futbolçunun transfer dəyərinin təxminən 30 milyon funta düşdüyü bildirilir. Daha əvvəl “Vulverhempton” Qomesi 40 milyon funt civarında qiymətləndirirdi.
Joao uğrunda “Mançester Yunayted” də mübarizə aparır. Mançester təmsilçisinin nümayəndələri mümkün keçidlə bağlı “Vulverhempton” rəhbərliyi ilə ilkin danışıqlar aparıblar.
Qeyd edək ki, Qomes ötən mövsüm bütün turnirlərdə 41 oyunda iştirak edib. Braziliyalı yarımmüdafiəçi 1 qol vurub və 3 məhsuldar ötürmə verib.