“Liverpul”un müdafiəçisi Premyer Liqada klubunu dəyişə bilər
11.04.2026 - 14:17
“Liverpul”un müdafiəçisi Endryu Robertson Premyer Liqa daxilində klubunu dəyişə bilər.
Apasport.az xəbər verir ki, klubdan ayrılacağı dəqiqləşən şotlandiyalı futbolçu ilə “Tottenhem” yaxından maraqlanır.
Bu barədə “Goal” nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, London təmsilçisi onu əsas transfer prioritetlərindən biri hesab edir. Klub 32 yaşlı cinah müdafiəçisini yayda heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, “Liverpul” Endryu Robertsonu 2017-ci ildə “Hall Siti”dən 8 milyon avroya transfer etmişdi.
- De la Fuente: “Fransa da bizim qədər narahatdır”
- "Beşiktaş" Polşa klubuna uduzdu - Hazırlıq mərhələsində ilk məğlubiyyət
- Portuqaliyada yeni baş məşqçi - Jorje Jezuş milliyə təyin olundu
- Mane milli karyerasını bitirdi - Seneqal əfsanəsindən vida qərarı
- “Tottenhem” PSJ-nin hücumçusunu istəyir - “Yuventus” da mübarizədədir
0
0