“Liverpul”un yarımmüdafiəçisi İtaliya yolunda
02.08.2026 - 17:48
İtaliyanın “İnter” klubu “Liverpul”un yarımmüdafiəçisi Körtis Consu transfer etmək niyyətindən əl çəkmir.
Apasport.az xəbər verir ki, Milan təmsilçisi 25 yaşlı futbolçu üçün 30 milyon funt-sterlinq ödəməyə hazırdır.
Bildirilib ki, “Liverpul” “İnter”in daha əvvəl irəli sürdüyü 21,75 milyon funt-sterlinqlik təklifi qəbul etməyib.
Körtis Cons ötən mövsüm bütün turnirlərdə 49 oyunda meydana çıxaraq 3 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, ingiltərəli yarımmüdafiəçinin “Liverpul”la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
0
0