London klubu antirekorda imza atıb
21.12.2025 - 15:44
"Tottenhem" İngiltərə Premyer Liqasında antirekorda imza atıb.
Apasport.az xəbər verir ki, bu, London təmsilçisinin XVII turda "Liverpul"a məğlub olması (1:2) ilə reallaşıb.
Komanda çempionat tarixində ilk dəfə bir təqvim ilində 11 ev matçında uduzub.
Paytaxt klubu 2025-ci ildə doğma meydandakı qarşılaşmalarda mümkün 54 xaldan 15-ni toplaya bilib.
Qeyd edək ki, "Tottenhem" hazırda İngiltərə Premyer Liqasında 22 xalla 13-cü pillədə qərarlaşıb.
0
0