Lukas Ernandesin evinə hücum edilib
10.12.2024 - 23:28
PSJ-nin futbolçusu Lukas Ernandes xoşagəlməz halla üzləşib.
Apasport.az xəbər verir ki, onun evi qarətçilərin hücumuna məruz qalıb.
Hadisə zamanı Lukasın həyat yoldaşı İvelina evdə olub. 5 nəfər oğru Fransa yığmasının müdafiəçisini evini qarət etməyə çalışıb.
Evin təhlükəsizliyi ilə məşğul olan şirkətin işçilərindən biri qarətçiləri görüb və silahdan atəş açıb. Hadisə yerindən qaçan oğrular axtarışa verilib.
Qeyd edək ki, hadisə zamanı Ernandes Çempionlar Liqasında "Zalsburq"la oyun üçün Avstriyaya yollanıb.
0
0