İsrail çempionatının 20-ci turu çərçivəsində keçirilən "Makkabi Hayfa" - "Makkabi Təl-Əviv" matçında fasilə yaranıb.
Apasport.az xəbər verir ki, ilk hissədə "Tel-Əviv"in forvardı Dor Turqmanın rəqib azarkeşlər qarşısında penaltidən vurduğu qoldan sonra dava düşüb.
Bir neçə azarkeş meydançaya girməyə cəhd edib. İlk hissədə hayfalı azarkeşlər 4 dəfə meydançaya pirotexniki vasitələr ataraq matçı dayandırıb.
Meydandakı qalmaqal küçələrdə də öz əksini tapıb.
Belə ki, hadisələr zamanı 37 azarkeş, 5 polis yaralanıb.
Matç başlamazdan əvvəl polis hər iki komandanın 100-dən çox azarkeşini saxlayıb.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir