Fransalı müdafiəçi Malanq Sarr karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Apasport.az xəbər verir ki, 27 yaşlı futbolçu NEOM klubu ilə müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sarr "Lans"dan ayrıldıqdan sonra azad agent statusunda idi.
Onunla Türkiyənin "Fənərbaxça" klubu da yaxından maraqlansa da, tərəflər maaş məsələsində razılığa gələ bilməyiblər. Bundan sonra fransalı müdafiəçi NEOM-un təklifini qəbul edib və ərəb klubuna keçib.
Qeyd edək ki, Malanq Sarr karyerası ərzində "Nitsa", "Çelsi", "Portu", "Monako" və "Lans"ın formasını geyinib. O, "Çelsi" ilə UEFA Çempionlar Liqasının, UEFA Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi olub.
- İspaniya de la Fuente ilə davam etmək istəyir – Müqavilə uzadılır
- Çempionlar Liqası: "Kayrat" "Omoniya"ya qarşı - YENİLƏNİR
- "Neftçi" və "Başakşəhər"in matçları bu kanallarda - TV AFİŞA
- "Vulverhempton"da qalmaqal – Məşq ləğv olundu, təhlükəsizlik gücləndirildi
- FİFA-dan BMT-yə – Tramp İnfantinonu Baş katibliyə namizəd göstərir