Malkom “Əl-Hilal”dan ayrılıb
21.08.2026 - 23:56
Malkom “Əl-Hilal”dan ayrılıb

Braziliyalı vinger Malkom “Əl-Hilal”ı tərk edib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ər-Riyad təmsilçisi 29 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyini açıqlayıb.

Qeyd edək ki, Malkom ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatında 33 oyuna çıxıb, 7 qol vurub və 10 məhsuldar ötürmə edib.