“Mançester Yunayted”in mərkəz yarımmüdafiəçisi Kobbi Mainu gələcəkdə klubunu dəyişə bilər.
Apasport.az xəbər verir ki, "Siti” 20 yaşlı istedadlı futbolçunu transfer etmək üçün ciddi səylər göstərir.
“Şəhərlilər” Ruben Amorimin rəhbərliyi altında keçirdiyi oyun vaxtından narazı olan ingilis yarımmüdafiəçinin durumunu yaxından izləyir.
Kobbi Mainu cari mövsümdə bütün turnirlər üzrə “qırmızı şeytanlar”ın heyətində 12 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Gənc futbolçunun “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
“Transfermarkt” portalının məlumatına əsasən, Mainunun hazırkı bazar dəyəri 40 milyon avro olaraq qiymətləndirilir.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA