“Mançester Yunayted”də yeni müqavilə
07.04.2026 - 14:12
Harri Maquayrın taleyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, müdafiəçi "Mançester Yunayted" ilə müqaviləsinin müddətini yeniləyib.
Bunu klubun mətbuat xidməti açıqlayıb.
Tərəflər arasında 2027-ci ilin iyununa qədər qüvvədə olan sözləşmə imzalanıb. Müqavilədə müddətin daha bir il uzadılması variantı da nəzərdə tutulub.
Qeyd edək ki, Maquayr 2019-cu ildən "Yunayted"də çıxış edir.
0
0