Seneqal millisinin kapitanı Sadio Mane yığma karyerasını başa vurub.
Apasport.az xəbər verir ki, 34 yaşlı hücumçu bu barədə özü açıqlama verib.
Mane milli komanda ilə vidalaşarkən Seneqal üçün hər zaman maksimumunu etdiyini bildirib:
“Bilin ki, mən bu bayraq uğrunda hər şeyimi qurban vermişəm. Bütün gücümü ortaya qoymuşam və ölkəmiz üçün daim inadla mübarizə aparmışam.
Sizin daimi dəstəyiniz uğurumun əsas hərəkətverici qüvvəsi olub. Gələcəkdə təcrübəmi məmnuniyyətlə millətin xeyrinə təqdim edəcəm – istər məşqçilər korpusunda, istər baş məşqçi postunda, istərsə də rəhbər strukturlarda”.
Qeyd edək ki, Mane Seneqal millisinin heyətində Afrika Millətlər Kubokunun qalibi olub.
- İbrahim Piriyev əməliyyat olunub
- İngiltərə millisində virus təhlükəsi - Rays heyətdən çıxarıldı
- Buaddi: “Mərakeşi seçdiyimə görə zərrə qədər peşman deyiləm”
- “Qalatasaray” fransalı futbolçu ilə razılaşdı - 27 milyon avroluq paket
- "Fənərbaxça" rəsmisi “Qalatasaray” nümayəndəsinin əlini sıxmadı - VİDEO