Mareska “Mançester Siti”nin futbolçusunu istəyir
28.12.2025 - 19:44
“Çelsi” İngiltərə Premyer Liqasında çıxış edən gənc yarımmüdafiəçini diqqət mərkəzinə alıb.
Apasport.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
London klubu “Nottingem Forest”in futbolçusu Ceyms Makatini transfer siyahısına daxil edib. 23 yaşlı yarımmüdafiəçi ilə “Lids” klubunun da maraqlandığı bildirilir.
Mənbənin yazdığına görə, “Çelsi”nin baş məşqçisi Enzo Mareska ingilis futbolçunun oyun keyfiyyətini yüksək qiymətləndirir.
Qeyd edək ki, italiyalı mütəxəssis Makatini daha əvvəl “Mançester Siti”də birgə çalışdığı dövrdən yaxşı tanıyır.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0