"Mançester Siti" İngiltərə çempionatının son turunda "Vulverhempton"la oyunda iki qol vuraraq qələbə qazanıb.
Apasport.az xəbər verir ki, Həmin qollardan birinin müəllifi Omar Marmuş olub.
Bununla da misirli futbolçu İngiltərə Premyer Liqasında səkkizinci qolunu vurub. Maraqlıdır ki, Marmuşun bu qolların hamısı “Mançester Siti”nin ev oyunlarında qeydə alınıb.
Beləliklə, o, Premyer Liqada indiyədək səfər matçlarında fərqlənməsə də, ev stadionunda komandasının ən məhsuldar oyunçularından biridir.
Qeyd edək ki, “Mançester Siti” Premyer Liqanın növbəti turunda səfərdə "Tottenhem"lə qarşılaşacaq.
- Zirkzee “Mançester Yunayted”dən ayrılır
- “Fənərbaxça” – “Aston Villa” matçının hakimi müəyyənləşdi
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”