DÇ-2026-nın 1/8 finalında İsveçrə - Kolumbiya matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Apasport.az xəbər verir ki, FIFA İsveçrə millisinin qapıçısı Qreqor Kobeli görüşün ən yaxşı oyunçusu seçib.
Kobel əsas vaxt və əlavə vaxt ərzində etdiyi vacib qurtarışlarla komandasını oyunda saxlayıb.
O, penaltilər seriyasında da həlledici seyv edərək İsveçrənin 4:3 hesablı qələbəsində əsas pay sahibi olub.
Qeyd edək ki, 27 yaşlı qolkiper qarşılaşmada 7 qurtarış edib və 8,9 reytinq balı alıb.
İsveçrə penaltilər seriyasında Kolumbiyanı 4:3 hesabı ilə məğlub edərək 72 ildən sonra dünya çempionatının 1/4 finalına yüksəlib.

- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı