Mbappe matçın ən yaxşısı seçildi - 16 oyunda 16 qol
23.06.2026 - 05:18
Fransa - İraq matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu ada Fransa millisinin hücumçusu Kilian Mbappe layiq görülüb.
Ulduz futbolçu İraqla görüşdə 2 qol vuraraq komandasının qələbəsində əsas pay sahiblərindən olub. Mbappe DÇ-2026-da keçirdiyi ilk iki oyunda 4 qola çatıb.
Qeyd edək ki, Kilian Mbappe dünya çempionatları karyerasında 16 oyunda 16 qol vurub. O, bu göstərici ilə Miroslav Klozeyə çatıb və mundiallar tarixinin bombardirlər siyahısında lider Lionel Messidən cəmi 2 qol geri qalır.
0
0