Mbappe zədə səbəbindən “Alaves” səfərini buraxa bilər
11.12.2025 - 15:31
Kilian Mbappe “Real Madrid”in növbəti matçını buraxa bilər.
Apasport.az xəbər verir ki, fransalı forvard bir gün əvvəl Çempionlar Liqasının qrup mərhələsində “Mançester Siti” ilə görüşü (1:2) ayağındakı ağrılar səbəbindən buraxmışdı.
Mbappenin La Liqanın 16-cı turunda keçiriləcək “Alaves” – “Real Madrid” matçında iştirakı da sual altındadır. Futbolçu hələ də ayağındakı narahatlıqla bağlı risk daşıyır.
Qeyd edək ki, qarşılaşma dekabrın 14-də baş tutacaq. Turnir cədvəlində meydan sahibləri 11-ci, “Real Madrid” isə ikinci pillədə qərarlaşıb.
0
0