Messi dayanmaq bilmir - DÇ tarixində 21-ci qol
07.07.2026 - 22:18
Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatları tarixində qol sayını artırıb.
Apasport.az xəbər verir ki, 39 yaşlı hücumçu DÇ-2026-nın 1/8 finalında Misirlə oyunda (3:2) fərqlənərək mundiallarda vurduğu qolların sayını 21-ə çatdırıb.
Messi qarşılaşmada təkcə qolla kifayətlənməyib, həm də bir məhsuldar ötürmə ilə komandasının qələbəsində mühüm pay sahibi olub.
Qeyd edək ki, Messi dünya çempionatlarında keçirdiyi 36 oyunda 21 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
Argentina millisi isə 1/4 finalda İsveçrə - Kolumbiya cütünün qalibi ilə qarşılaşacaq.
0
0