Messi - Ronaldo dueli təxirə düşdü - Yalnız finalda üz-üzə gələ bilərlər
28.06.2026 - 05:47
Messi - Ronaldo dueli təxirə düşdü - Yalnız finalda üz-üzə gələ bilərlər

Portuqaliya millisinin K qrupunu 2-ci pillədə başa vurması DÇ-2026-da mümkün Argentina - Portuqaliya qarşılaşmasının yolunu dəyişib.

Apasport.az xəbər verir ki, bu nəticədən sonra iki komandanın 1/4 finalda üz-üzə gəlmək ehtimalı aradan qalxıb.

Argentina və Portuqaliya turnirdə yalnız finala qədər irəliləyəcəkləri halda qarşılaşa bilərlər.

Qeyd edək ki, Portuqaliya 1/16 finalda Xorvatiya ilə üz-üzə gələcək. Argentina isə pley-offun ilk mərhələsində Kabo-Verde ilə qarşılaşacaq.