Messi: “Tanrının mənim üçün planı var idi”
08.07.2026 - 01:09
Messi: “Tanrının mənim üçün planı var idi”

Argentina millisinin kapitanı Lionel Messi Misirlə oyundan sonra emosional açıqlama verib.

Apasport.az xəbər verir ki, 39 yaşlı futbolçu DÇ-2026-nın 1/8 finalında 3:2 hesablı qələbəni dəyərləndirib.

“Penaltini qaçırdığım üçün çox əsəbiləşmişdim. Belə vacib anda komandamı yarı yolda qoyduğumu hiss edirdim. Xoşbəxtlikdən, Tanrının mənim üçün başqa planı var idi. Bu, hamımız üçün böyük rahatlıq oldu.

Bu gün meydanda olmağımı komanda yoldaşlarıma borcluyam. Mənim kifayət qədər qaçmadığım anlarda onlar daha çox əziyyət çəkir, boşluqları bağlayırlar. Bunu da ürəkdən edirlər.

Argentina mənim xoşbəxtliyimdir. Uzun müddətdir ailəmlə vaxt keçirə bilmirdim. Cəmi bir neçə gün əvvəl qısa istirahət edə bildim. Amma milli komandada birlikdə olmaqdan böyük zövq alırıq.

Bu komanda son səkkiz ildə mənə çox xoşbəxt anlar yaşadıb. Səyahətimiz bu gün bitə bilməzdi. Çünki hələ uğrunda mübarizə aparmalı olduğumuz çox şey var. Bunu hiss edirəm. Biz hamıya qarşı mübarizə aparmaq üçün buradayıq. Əlimizdən gələnin ən yaxşısını edəcəyik. Heç vaxt təslim olmayacağıq”, - deyə Messi bildirib.

Qeyd edək ki, Argentina Misiri 3:2 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. Messi bu görüşdə 1 qol və 1 məhsuldar ötürmə ilə komandasının qələbəsində əsas pay sahiblərindən olub.