Messidən tarixi het-trik - Klozenin rekorduna çatdı
17.06.2026 - 06:54
Messidən tarixi het-trik - Klozenin rekorduna çatdı

Lionel Messi Dünya Kuboku tarixində növbəti rekorda imza atıb.

Apasport.az xəbər verir ki, Argentina millisinin kapitanı DÇ-2026-nın qrup mərhələsində Əlcəzairlə oyunda het-trik edib.

38 yaş 358 günlüyündə fərqlənən Messi bununla mundial tarixində het-trik edən ən yaşlı futbolçu olub.

Argentina J qrupunda Əlcəzairi 3:0 hesabı ilə məğlub edib.

Həmçinin Messi bu het-triklə Dünya Kuboklarında qollarının sayını 16-ya çatdırıb və turnir tarixinin ən məhsuldar futbolçusu Miroslav Klozeyə çatıb.