Argentina millisinin futbolçularının meydana fərqli butslarla çıxması maraq doğurub.
Apasport.az xəbər verir ki, komanda üzvlərinin əksəriyyəti çəhrayı rəngli buts geyindiyi halda, Lionel Messi fərqli - ağ rəngli buts geyinərək diqqət mərkəzinə düşüb.
Sosial şəbəkələrdə argentinalı futbolçuların kapitanlarını meydanda daha rahat seçmək üçün ondan fərqli rəngdə buts geyindiyi iddia edilib.
Fotoda Messidən başqa Argentina millisinin demək olar, bütün futbolçularının çəhrayı buts geyindiyi aydın görünür.

Qeyd edək ki, Argentina millisi DÇ-2026-nın ilk turunda Əlcəzairi 3:0 hesabı ilə məğlub edib. Görüşdə Lionel Messi het-triklə yadda qalıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı