Argentina millisinin kapitanı Lionel Messi ilə bağlı maraqlı iddia ortaya çıxıb.
Apasport.az xəbər verir ki, bu barədə "Allesportz" nəşri məlumat yayıb.
Belə ki, 2022-ci il dünya çempionatındakı zəfərdən sonra ölkədə "Messizm" adlı yeni din formalaşıb.
Xüsusən də Argentinanın Çako əyalətində yerləşən La Eskondida kəndində bu inanc geniş yayılıb. Hazırda kənddə təxminən 3900 nəfər Messini müqəddəs şəxs hesab edir və "Messizm"ə sitayiş edir.
Messinin DÇ-2026-dakı çıxışından sonra “Messizm”ə inananların sayında artım gözlənilir.
Qeyd edək ki, 39 yaşlı ulduz futbolçu DÇ-2026-da da parlaq çıxışı ilə diqqət çəkir və hazırda davam edən turnirdə 2 oyuna 5 qol vurmağı bacarıb.