Millimizin üzvü oynadı, komandası qələbə qazandı
10.08.2026 - 09:18
Azərbaycan millisinin futbolçusu Toral Bayramov “Bursaspor”da debüt edib.
Apasport.az xəbər verir ki, 24 yaşlı müdafiəçi Türkiyə I Liqasının ilk turunda “Bodrumspor”la səfər oyununda meydana çıxıb.
Toral qarşılaşmanın ikinci hissəsində oyuna daxil olub.
Matç “Bursaspor”un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bursa təmsilçisinin qollarını Keleçi İhenaço və Linkoln Enrike vurublar.
Qeyd edək ki, Toral Bayramov bu yay “Qarabağ”dan “Bursaspor”a keçib.
0
0