Miretti “Beşiktaş” üçün İstanbula gəlir
27.08.2026 - 12:48
“Beşiktaş”ın transferi ilə bağlı "Yuventus"la danışıqlar apardığı Fabio Mirettinin İstanbula gəliş vaxtı bəlli olub.
Apasport.az xəbər verir ki, “Yuventus”a məxsus 23 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçmək və rəsmi müqaviləyə imza atmaq üçün bu gün İstanbula gələcək.
İtaliyalı futbolçunun satınalma şərti ilə icarəyə götürüləcəyi gözlənilir.
Qeyd edək ki, İtaliya millisinin üzvü olan Miretti "Yuventus"un yetirməsidir.
0
0