Misirli futbolçudan sərt sözlər - “Kuboku Argentinaya verin”
07.07.2026 - 22:38
Misirli futbolçudan sərt sözlər - “Kuboku Argentinaya verin”

Misir millisinin futbolçusu Mostafa Ziko DÇ-2026-nın 1/8 finalında Argentinaya məğlubiyyətdən sonra hakim idarəçiliyindən narazılığını bildirib.

Apasport.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi 2:3 hesablı məğlubiyyətdən sonra sərt açıqlama verib.

“Təbriklər, Argentina. Dünya çempionatının ssenarisi onsuz da əvvəlcədən yazılıb. Ona görə də hakimə və başqa faktorlara ehtiyacları yox idi. Hakim çox ədalətsiz idi. Nə isə... Allah bizə yetər. Bir millətin əməyini oğurlayırlar. Kubok Argentinaya verilsin”, - deyə Ziko bildirib.

Qeyd edək ki, Ziko Misirin Argentinaya 2:3 hesabı ilə uduzduğu oyunda komandasının 2-ci qolunu vurub.