Mourinyodan maraqlı addım: Vinisiusla danışmadı
01.08.2026 - 11:01
"Real Madrid"in baş məşqçisi Joze Mourinyo komandanın bütün futbolçuları ilə fərdi görüş keçirsə də, Vinisius Juniorla danışmayıb.
Apasport.az xəbər verir ki, bu barədə İspaniyanın "Onda Cero" radiosu məlumat yayıb.
Mənbənin iddiasına görə, portuqaliyalı mütəxəssisin braziliyalı vingerlə görüş keçirməməsi onun gələcəyi ilə bağlı sualları daha da artırıb.
Qeyd edək ki, son günlər Vinisius Juniorun İngiltərənin "Arsenal" klubuna transfer olunacağı ilə bağlı xəbərlər yayılıb.
London təmsilçisi 25 yaşlı futbolçunu yay transfer pəncərəsində heyətinə qatmaq istəyir.
0
0