Muslera ulduzlaşdı: Komandası Argentina çempionu oldu
14.12.2025 - 11:09
Futbol üzrə Argentina bağlanış (klausura) liqasının finalında "Estudiantes" "Rasinq"lə qarşılaşıb.
Apasport.az xəbər verir ki, 90 dəqiqəsi 1:1 bitən görüşdə çempionun taleyinə penaltilər seriyasında aydınlıq gəlib.
Burda səhnəyə "Estudiantes"in təcrübəli qapıçısı Fernando Muslera çıxıb. Qolkiper rəqibin 2 penaltisini dəf edərək komandasına çempionluq qazandırıb (5:4).
Daha əvvəl "Qalatasaray" formasıyla 17 kubok qazanmış Muslera Argentinada da Klausura çempionluğuna yiyələnib.
0
0