"Napoli" Hoylundun transfer hüquqlarına yiyələndi - RƏSMİ
03.06.2026 - 16:30
"Napoli" Hoylundun transfer hüquqlarına yiyələndi - RƏSMİ

“Napoli” müqavilə ilə "Mançester Yunayted"ə məxsus olan Rasmus Hoylundla bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, klub futbolçunun transfer hüquqlarına yiyələnib.

Bunu İtaliya təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Neapol klubu keçid üçün 50 milyon avro ödəyib.

Qeyd edək ki, 23 yaşlı forvard ötən mövsümdən "Napoli"də çıxış edir. O, A seriyasında 33 oyunda 12 qol vurub və 6 məhsuldar ötürmə verib.