“Napoli”nin futbolçusu əməliyyat olunacaq
05.02.2026 - 09:01
“Napoli”nin futbolçusu əməliyyat olunacaq

“Napoli”nin müdafiəçisi Covanni Di Lorentsonun durumuna aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, o, ayağından əməliyyat olunacaq.

Klub A Seriyasının XXIII turunun “Fiorentina” ilə matçında ayağının üzərinə enərək zədələnən futbolçu ilə bağlı paylaşım edib.

Bildirilib ki, dizindən aldığı zədədən sonra uzunmüddətli bərpa prosesi səbəbindən yaxın vaxtlarda Di Lorentsonun əməliyyat olunması planlaşdırılır.