"Neftçi"nin yarımmüdafiəçisi Sessi Dalmeydanın və "Sumqayıt"ın müdafiəçisi Abdul Raşid Muminin də üzvü olduğu Benin millisi Afrika Millətlər Kuboku çərçivəsində növbəti oyununa çıxıb.
Apasport.az xəbər verir ki, qrup mərhələsinin 2-ci turunda Benin millisi Botsvana yığması ilə üz-üzə gəlib.
Qarşılaşma Benin yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın taleyini həll edən yeganə qolu 28-ci dəqiqədə Yoan Roş vurub.
"Neftçi"nin yarımmüdafiəçisi Sessi Dalmeyda qarşılaşmaya start heyətində başlayıb və 54-cü dəqiqədə Samadou Attidjikou ilə əvəz olunub. Abdul Raşid Mumini isə ehtiyat oyunçular skamyasında yer alıb.
Qeyd edək ki, bu nəticədən sonra D qrupunda 3 xal toplayan Benin üçüncü pillədə qərarlaşıb. Xalı olmayan Botsvana isə qrupun sonuncusudur.