Neymar millidən getdi - Braziliya əfsanəsi karyerasını başa vurdu
06.07.2026 - 03:17
Neymar millidən getdi - Braziliya əfsanəsi karyerasını başa vurdu

Braziliya millisinin hücumçusu Neymar milli komandadakı karyerasını başa vurduğunu açıqlayıb.

Apasport.az xəbər verir ki, 34 yaşlı futbolçu DÇ-2026-nın 1/8 finalında Norveçə 1:2 hesablı məğlubiyyətdən sonra yığma ilə vidalaşıb.

"Döyüşdüm, çox çalışdım. Amma artıq bitdi", - deyə Neymar bildirib.

Qeyd edək ki, Neymar Braziliya millisinin heyətində 130 oyunda 80 qol və 59 məhsuldar ötürmə ilə yadda qalıb. O, yığma komanda tarixinin ən çox qol vuran futbolçusu kimi milli karyerasını başa vurub.