Braziliya millisinin üzvü Neymar zədələnib.
Apasport.az xəbər verir ki, bu barədə “O Globo” nəşri məlumat yayıb.
Hazırda “Santos”da çıxış edən 34 yaşlı vinger “Koritiba”ya qarşı keçirilən oyunda (0:3) sıradan çıxıb.
Həkim müayinəsindən sonra futbolçunun sağ ayağının baldır əzələsində şişkinlik aşkarlanıb.
Dünya çempionatının yekun heyətinə daxil edilən futbolçunun vəziyyətinin nə dərəcədə ciddi olduğu ilə bağlı əlavə tibbi qiymətləndirmələrin aparıldığı bildirilir.
Qeyd edək ki, Neymar Braziliya millisinin heyətində keçirdiyi 128 oyunda vurduğu 79 qolla komandanın tarixində ən çox qol vuran futbolçudur.