Niderland millisinin üzvü “fənər”in radarında
18.12.2025 - 18:51
"Fənərbaxça" qışda heyətini yeni oyunçu ilə gücləndirmək istəyir.
Apasport.az xəbər verir ki, komanda PSV forması geyinən Coyi Vermanı transfer etmək niyyətindədir.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Mənbənin məlumatına görə, İstanbul klubu artıq 27 yaşlı yarımmüdafiəçinin agenti ilə ilkin danışıqlara start verib.
Qeyd edək ki, Niderland millisinin üzvü olan Verman bu mövsüm PSV-nin heyətində çıxış etdiyi 22 rəsmi matçda 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0