Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
03.09.2026 - 13:24
Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”

Qabon millisinin hücumçusu Pyer-Emerik Obameyanq yığma karyerasını başa vurduğunu açıqlayıb.

Apasport.az xəbər verir ki, 37 yaşlı futbolçu bu qərarı Qabon hökumətinin onunla bağlı səsləndirdiyi tənqidlərdən sonra verib.

Obameyanq Afrika Millətlər Kubokunda zədəli halda meydana çıxmasına baxmayaraq, sonradan ona qarşı münasibətdən narazı qaldığını bildirib:

“İnsanlar Afrika Millətlər Kubokunda zədəli halda oynadığım üçün məni alçaltdılar və imicimə zərər vurdular. Bu, səbir kasamı daşıran son damla oldu. Mövzunu burada bağlamağı üstün tuturam”.

Qeyd edək ki, Obameyanq Qabon millisinin heyətində 86 oyun keçirib və 40 qol vurub. O, yığma tarixinin ən məhsuldar futbolçusudur.