Onyekuru Super Liqa klubunun heyətindən KƏNARLAŞDIRILIB
15.04.2026 - 01:33
Onyekuru Super Liqa klubunun heyətindən KƏNARLAŞDIRILIB

Henri Onyekuru komandada yerini itirib.

Apasport.az xəbər verir ki, futbolçu "Gənclərbirliyi"nin heyətindən kənarlaşdırılıb.

Bu barədə yerli mətbuat məlumat yayıb.

28 yaşlı vinger "Qalatasaray" matçdan öncə "qara-qırmızılılar"ın iştirak ərizəsində yer almayıb.

Xatırladaq ki, "Gənclərbirliyi" - "Qalatasaray" matçı aprelin 18-də, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, Onyekuru cari mövsümün əvvəlindən Ankara təmsilçisinin şərəfini qoruyur.