Türkiyə millisinin DÇ-2026-nın qrup mərhələsində Avstraliyaya məğlubiyyətindən sonra “Hoffenhaym”dan diqqətçəkən paylaşım gəlib.
Apasport.az xəbər verir ki, Almaniya klubunun rəsmi səhifəsi yığmada forma geyinən futbolçusu Ozan Kabakın heyətdə yer almamasına eyham vurub.
Bundesliqa təmsilçisi sosial şəbəkə hesabında almanca “Kein Ozan, kein Sieg…” yazıb. Bu ifadə Azərbaycan dilinə “Ozan yoxdursa, qələbə də yoxdur...” kimi tərcümə olunur.
Klub paylaşımına “Na, Guten Morgen” - "Hə, sabahınız xeyir" sözlərini də əlavə edərək Türkiyə millisinin məğlubiyyətinə istehzalı şəkildə reaksiya verib.
Qeyd edək ki, Ozan Kabak “Hoffenhaym”ın futbolçusudur və Türkiyə millisinin üzvüdür.
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
- El-Şaaravinin yeni klubu bilindi – "Sabah"a gəlmədi
- Mbappeni qaçırmaq istədilər - PLAN ÜZƏ ÇIXDI
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- UEFA “Fənərbaxça”ya qarşı hərəkətə keçdi – İki futbolçu ilə bağlı intizam işi açıldı