Özbək futbolçu Premyer Liqa tarixinə düşüb
21.01.2025 - 09:00
Daha əvvəl xəbər verdiyimiz kimi, Premyer Liqa nəhənglərindən "Mançester Siti" Abdukodir Xusanovu heyətinə qatıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı müdafiəçi yeni komandası ilə 4,5 illik müqavilə imzalayıb.
Bununla da gənc futbolçu Premyer Liqada çıxış edən ilk özbək olacaq.
Xusanova qədər İngiltərə klublarında Özbəkistandan heç bir futbolçu forma geyinməyib.
Qeyd edək ki, Xusanov bu mövsüm "Lens"in heyətində 16 rəsmi oyunda iştirak edib.
0
0