Fransa millisinin sabiq kapitanı Mişel Platini yığmanın yarımmüdafiəçisi Maykl Olise barədə fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, Platini futbolçunun Didye Deşamın taktiki sistemindəki rolunu yüksək qiymətləndirib.
O, Olisenin klassik “10 nömrə” keyfiyyətlərinə sahib olduğunu bildirib:
“Maykl Olise əvvəlki dövrlərdəki kimi "10 nömrə" olmaq üçün bütün keyfiyyətlərə sahibdir. Müasir futbolda yaradıcı futbolçular daha çox cinahlarda yerləşdirilir. Klubunda Olise sağ cinahda oynayır, Lamine Yamal da bu cür ötürmələr edə bilir. Amma Didye Deşam futbolçularının keyfiyyətlərinə uyğunlaşmağı bacardı və yenidən "10 nömrə" ilə oynayan məşqçi oldu”.
Platini Olise ilə Kilian Mbappe arasındakı anlaşmanı da xüsusi qeyd edib:
“Onlar Olisenin nə görəcəyini bilirlər. Mbappe Olisenin topu hara ötürəcəyini yaxşı anlayır, çünki eyni futbol dilində danışırlar. Bu, futbolçuların oyun zəkasıdır. Olise də bilir ki, tərəfdaşları onun fikrini oxuyur. Bu əlaqəni artıq çox görmürdük və Olise onu yenidən üzə çıxaran azsaylı futbolçulardan biridir”.
Qeyd edək ki, Olise ötən mövsüm “Bavariya”nın heyətində 57 oyunda 25 qol vurub və 28 məhsuldar ötürmə edib. O, Münhen klubu ilə Bundesliqa və Almaniya Kubokunu qazanıb. Fransa millisi isə DÇ-2026-nın 1/8 finalında Paraqvayla qarşılaşacaq.
- “Beşiktaş” Salih Özcan üçün hərəkətə keçdi - 3,5 milyon avro maaş
- Tilemans dubl etdi - Oyunun ən yaxşı futbolçusu seçildi
- Seneqal tarix yazdı - DÇ-da buna nail olan ilk Afrika millisi
- Sarr tarix yazdı - Seneqal millisinin rekordçusu oldu
- “Beşiktaş” Trossar üçün “Arsenal”la razılaşdı - Futbolçunun tələbləri bitmir