Portuqaliya millisinin üzvü “Milan”da - RƏSMİ
01.07.2026 - 09:35
"Milan" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, A Seriyası təmsilçisi PSJ-dən Qonçalo Ramosu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Milan" portuqaliyalı futbolçu üçün Fransa klubuna 74 milyon avro ödəyib. 25 yaşlı forvardla 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, PSJ Qonçalo Ramosu 2023-cü ilin yayında "Benfika"dan transfer etmişdi. Portuqaliya millisinin üzvü 2025/26 mövsümündə Paris təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0