Portuqaliya xal itirdi - Neveş matçın ən yaxşısı seçildi
17.06.2026 - 23:24
Portuqaliya xal itirdi - Neveş matçın ən yaxşısı seçildi

Portuqaliya millisinin futbolçusu Joao Neveş DÇ-2026-nın qrup mərhələsində DR Konqoya qarşı keçirilən oyunun ən yaxşısı seçilib.

Apasport.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi K qrupunun ilk tur matçında komandasının yeganə qoluna imza atıb.

Görüş 1:1 hesabı ilə başa çatıb. Portuqaliyanın qolunu 6-cı dəqiqədə Joao Neveş vurub.

DR Konqonun heyətində isə 45+5-ci dəqiqədə Yoan Vissa fərqlənib.

Qeyd edək ki, Neveş bu qolla Portuqaliya millisinin dünya çempionatları tarixində qol vuran ən gənc 3-cü futbolçusu olub.