İngiltərə Premyer-Liqasında sona bir tur qalmış çempion bəlli olub.
Apasport.az xəbər verir ki, çempionun adına “Bornmut” - “Mançester Siti” qarşılaşmasından sonra aydınlıq gəlib.
Görüş 1:1 hesabı ilə qurtarıb.
Meydan sahiblərinin qolunu 39-cu dəqiqədə Eli Krupi vurub. 90+5-ci dəqiqədə Erlinq Haaland hesabı bərabərləşdirib.
Beləliklə, “Mançester Siti” 37 oyundan sonra 78 xal toplayaraq, lider “Arsenal”a (82 xal) çatmaq şanslarını itirib və "topçular" 22 il sonra yenidən çempionluqlarını rəsmiləşdirib.
"Bornmut" isə 56 xalla 6-cı yerdədir və gələn il Çempionlar Liqasında oynamaq üçün şanslarını qoruyur.
- “Real”ın yetirməsi A Seriyası klubunda - RƏSMİ
- Yamal Fransaya meydan oxudu - “Onların qorxmalı olduğu komanda bizik”
- De la Fuente: “Fransa da bizim qədər narahatdır”
- "Beşiktaş" Polşa klubuna uduzdu - Hazırlıq mərhələsində ilk məğlubiyyət
- Portuqaliyada yeni baş məşqçi - Jorje Jezuş milliyə təyin olundu