Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ
09.07.2026 - 09:55
Yaponiya millisinin yarımmüdafiəçisi Daiçi Kamada İngiltərənin “Kristal Pelas” klubu ilə yeni müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yeni razılaşmaya əsasən, 29 yaşlı futbolçu daha bir il bu komandanın şərəfini qoruyacaq.
Qeyd edək ki, Daiçi Kamada “Kristal Pelas”a 2024-cü ildə qoşulub.
0
0