Qabon millisinə sərt cəza: yığmanın fəaliyyəti dayandırıldı
01.01.2026 - 19:35
Qabon millisinə sərt cəza: yığmanın fəaliyyəti dayandırıldı

Afrika Millətlər Kubokunda uğursuz çıxış edən Qabon millisi ilə bağlı ölkə rəhbərliyi radikal və görünməmiş qərarlar qəbul edib.

Apasport.az xəbər verir ki, yığma turnirin F qrupunda Mozambik, Fil Dişi Sahili və Kamerunla qarşılaşdığı bütün oyunlarda məğlub olaraq qrup mərhələsini sonuncu pillədə başa vurub.

Komandanın bu nəticəsi ölkə daxilində ciddi narazılığa səbəb olub. Hökumət millinin turnirdəki çıxışını “utancverici” kimi qiymətləndirərək, yığmanın fəaliyyətini ikinci bir açıqlamaya qədər rəsmi şəkildə dayandırıb.

Qərara əsasən, yığmada çalışan bütün texniki heyətlə bağlanmış müqavilələrə xitam verilib.

Bundan əlavə, komandanın aparıcı futbolçuları Bruno Ekuelə Manqa və Pyer-Emerik Obameyanqın gələcəkdə Qabon Millisinin formasını geyinməsi də qadağan olunub.